Xəqani Şirvani
Şairin adı İbrahim,
atasının adı Əlidir. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu
Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi
Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani
onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu
yerin adıdır.
Xaqani 1126-ci ildə Şamaxının Məlhəm kəndində anadan olmuşdur. İlk təhsilini əmisindən almış və dövrünün
müxtəlif elmlərinə dərin maraq göstərmişdir. Gənc yaşlarından yüksək şairlik
istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük
şöhrət tapır. Saray çəkişmələri və paxılların münasibəti nəticəsində şair həbs
edilir. Daha sonralar Xaqani Yaxın Şərq ölkərərində səfərdə olmuş və
təəssüratlarını poetik əsərlərdə vermişdir. Şair ömrünün son illərini Təbrizdə keçirmişdir. Xaqani 1199-cu ildə vəfat etmiş və Təbrizin"Şairlər qəbiristanlığı"nda dəfn edilmişdir.
No comments:
Post a Comment